Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Posted by

Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində “ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

 

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin – pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi – tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək.

 

Sessiyanın panel iclasında QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.

 

Trend.az