Tovuzda cari ilin üç ayında 430 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur
Tovuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvar-mart aylarında ünvanlı dövlət sosial yardımı almaq üçün 551 nəfər müraciət etmişdir. Müraciət edənlərin 530-nun sənədləri qeydiyyata alınmışdır. Mərkəzdə yaradılmış komissiyada 530 nəfərin ərizəsinə baxılmış və 430 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
Ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaşların müraciətlərinə baxılması prosesi davam edir.
AzərTac.az