Azərbaycanın İran və Braziliya ilə hərbi əməkdaşlığı müzakirə edilib

Posted by

Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Z.Həsənov İranın ölkəmizdəki səfiri Möhsün Pakayini də qəbul edib.

Görüşdə Z.Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.

Trend.az