Kamran İmanov: “Bütün əqli mülkiyyət, mədəni irs nümunələrinin rəqəmləşdirilməsi nəzərdə tutulur”

Posted by

Kamran İmanov: “Bütün əqli mülkiyyət, mədəni irs nümunələrinin rəqəmləşdirilməsi nəzərdə tutulur”

Kamran İmanov: “Bütün əqli mülkiyyət, mədəni irs nümunələrinin rəqəmləşdirilməsi nəzərdə tutulur”

Kamran İmanov: “Bütün əqli mülkiyyət, mədəni irs nümunələrinin rəqəmləşdirilməsi nəzərdə tutulur”

“Əqli mülkiyyətin bugünkü fəaliyyət konteksti onun yaranma kontekstindən qəti sürətdə fərqlənir. Odur ki, biz bunları müzakirələr vasitəsilə aydınlaşdırmağa çalışmalıyıq”.

 

APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib: “İnvestisiya qoyuluşunun artması öz növbəsində əqli mülkiyyətin bütün növlərinə – kəşflərə, elmi-tədqiqatlara, patentlərə, müəlliflik hüququna da geniş yol açır. Bura böyük investisiyalar qoyulacaq. Digər tərəfdən, əgər biz innovasiya ssenarisini nəzərə alsaq, burada ayrı bir məsələ də önə çıxır. Bu o deməkdir ki, elmi tutarlı məhsulların yeni texnologiyaları mənimsəməsi, onların istifadəsi yeni yanaşmaları tələb edəcək. Təhsil, elm və müəssisələr arasında yeni əlaqələrin qurulması, hətta müəssisələrin əqli mülkiyyət strategiyalarının yaradılmasını təmin edəcək. Bütün bunlar 2020-ci ilə kimi çox aktual olacaq məsələlərdir”.

 

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyətə aid olan 8 bəndin mövcud olduğunu deyən K. İmanov bunları deyib: “Əqli mülkiyyətin qüdrətli iqtisadi alətə çevrilməsi ilə bağlı kreativ industriyanın, yəni müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan industariyanın inkişafı, Əqli mülkiyyət üzrə Milli Strategiyanın yaranması, İKT və əqli mülkiyyət cütlüyünün təsirini nəzərə alaraq onlayn rejimdə rəqəmli hüquqların idarə edilməsi sistemlərinin yaranması, açıq təhsil resursları və digərləri daxildir. Bunlar Azərbaycanın mədəni irsinin qorunmasına xidmət edəcək. Bununla bağlı bir sıra tədbirlərin görülməsi, bütün əqli mülkiyyət, mədəni irs nümunələrinin rəqəmləşdirilməsi nəzərdə tutulur. Müəllif Hüquqları Agentliyi də müəyyən mənada rəqəm intekratoruna çevriləcək, yəni bunun daşıyıcısı olacaq”.

 

Apa.az