Türkiyə Prezidenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri təsdiq etdi

Posted by

Türkiyə Prezidenti Abdullah Gül kəşfiyyat haqqında qanuna dəyişiklikləri təsdiq edib.

Trend-in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi (TBMM) kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanuna dəyişiklikləri aprelin 18-də təsdiqləmişdi.

Dəyişikliklərə görə, artıq kəşfiyyat xidmətinin əməkdaşları dövlətçiliyin qorunması üçün hakimiyyətdən verilən tapşırıqları da yerinə yetirəcək.

Həmçinin kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq, məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq, MİT əməkdaşlarının ailə üzvləri isə terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaqlar.

Qeyd edək ki, bu il fevralın 24-də TBMM-in Daxili işlər komissiyası qanuna dəyişiklikləri bəyənmişdi.

Trend.az