Türkiyə mətbuatı uydurma “erməni soyqırımı” mövzusunu diqqət mərkəzində saxlamaqdadır

Posted by

Türkiyə mətbuatı uydurma “erməni soyqırımı” mövzusunu diqqət mərkəzində saxlamaqdadır

Türkiyə mətbuatı uydurma “erməni soyqırımı” mövzusunu diqqət mərkəzində saxlamaqdadır

Türkiyə mətbuatı uydurma “erməni soyqırımı” mövzusunu diqqət mərkəzində saxlamaqdadır

Türkiyə mətbuatı uydurma “erməni soyqırımı” mövzusu ilə bağlı vacib məqamları diqqət mərkəzində saxlamaqdadır. Vaşinqtonda türklərin keçirdikləri piket barədə yayılmış informasiyalarda bildirilir ki, iştirakçılar “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”, “Ermənilərin terror hərəkətlərinə son qoyulmalıdır” və s. kimi şüarlar nümayiş etdirmişlər (http://www.aa.com.tr/tr/manset/317957–turkler-ve-ermeniler-karsilikli-gosteri-yapti). Yerli mətbuat yazır ki, Ermənistan tərəfi bütün dövrlərdə Azərbaycan və Türkiyənin sülh məramlı hərəkətlərini aqressiv cəhdlərlə cavablandırıblar. Aprelin 24-də Yerevanda Türkiyənin dövlət bayrağının yandırılması buna misaldır. Bundan başqa, elə həmin gün Anadolu xəbər Agentliyin Afinadakı fotomüxbiri erməni gənclərinin təhdid və təhqiri ilə üzləşmişdir (http://www.aa.com.tr/tr/dunya/317897–ermeniler-aa-fotomuhabirini-taciz-etti).

Ermənilərdən fərqli olaraq uydurma “soyqırımı” iddiaları ilə bağlı Türkiyə tərəfi tarixi faktlara və sübutlara əsaslanan sənədlərin nümayişinə başlamışdır. Türkiyənin Ərzurum Atatürk Universitetində “Türklərə qarşı soyqırımı və erməni terroru” mövzusunda fotosərgidə nümayiş etdirilən fotolar Birinci Dünya müharibəsində ermənilərin Osmanlı dövlətinə qarşı döyüşən tərəf olduqlarını və erməni silahlılarının müsəlmanlara göstərdikləri amansızlıqları təsdiq edir (http://www.aa.com.tr/tr/haberler/317819–quot-turk-soykirimi-ve-ermeni-teroru-fotograf-quot-sergisi).

 

AzərTac.az