Azərbaycan prezidenti İlham Əliyevin Praqadakı çıxışı Türkiyə və Azərbaycan mediasının əsas manşeti olub

Posted by

Azərbaycan prezidenti İlham Əliyevin Praqada “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab Türkiyə və Azərbaycan mediasının manşetinə çevrilib.

APA-nın xəbərinə görə, Azərbaycan informasiya agentlikləri ilə yanaşı Türkiyənin “Anadolu” Dövlət Agentliyi, “Cihan” və “Doğan” xəbər agentlikləri də prezident İlham Əliyevin çıxışını yayıblar.

Türkiyənin “Milliyyət”, “Zaman”, “Habertürk”, “Vatan” , “Sabah”, “Yeni Şafak”, “Takvim”, “Akşam” və sair məşhur qəzetləri, onlarla internet resursu “Əliyevdən Türkiyəyə dəstək”, “Əliyevdən Ərdoğana dəstək” sərlövhəli manşetlər dərc ediblər.

Türkiyənin ingilisdilli “Todays Zaman” və “Hurriyet Daily News” saytları da prezident İlham Əliyevin Praqa sammitindəki çıxışına geniş yer ayırıblar.

Qeyd edək ki, ötən gün Praqada keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar səsləndirib, çıxışını qondarma “erməni soyqırımı” iddialarına həsr edib.

Prezident İlham Əliyev isə “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” deyə cavab verib. Prezident Ermənistanın apardığı işğalçılıq siyasətini faktlarla ifşa edib.

Apa.az