Azərbaycan prezidenti İspaniya xarici işlər və əməkdaşlıq nazirini qəbul edib

Posted by

Azərbaycan prezidenti İspaniya xarici işlər və əməkdaşlıq nazirini qəbul edib

Azərbaycan prezidenti İspaniya xarici işlər və əməkdaşlıq nazirini qəbul edib

Azərbaycan prezidenti İspaniya xarici işlər və əməkdaşlıq nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İspaniya xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı X.Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

 

İspaniyanın baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan İlham Əliyev görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını deyib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd edib.

 

X. Qarsia-Marqalyo isə İspaniya Kralı Xuan Karlosun və baş nazir M. Breyin salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, İspaniya baş nazirinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu prezident İlham Əliyevə təqdim edib.

 

İspaniyalı nazir ölkəsinin baş naziri M. Breyin Azərbaycan Prezidenti ilə Vilnüsdəkı görüşünü məmnunluqla xatırladığını deyib. İspaniya xarici işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan X.Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından səfərin önəmini qeyd edib.

 

Azərbaycan prezidenti İspaniya Kralı Xuan Karlosun və baş nazir Mariano Raxoy Breyin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İspaniyanın Kralına və baş nazirinə çatdırmağı xahiş edib.

 

Apa.az