Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı və müsabiqədə iştirak şərtləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyayanın saytında (www.dqmk.gov.az), həmçinin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) tanış olmaq mümkündür.

 

Məlumatda bildirilir ki, son vaxtlarda nazirliyin fəaliyyətinin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə aparılan işlərin tərkib hissəsi kimi, öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşlar vəzifələrindən azad ediliblər.

 

“Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə əməkdaşlıq daha da gücləndirilib. Belə ki, bir müddət öncə Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınıb.

 

Məlumatlar əsasında 35 gənc nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilib. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilib”, – deyə məlumatda bildirilir.

 

Apa.az