Kamboca Krallığının Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatmışdır
Kamboca Krallığının Baş naziri Hun Senin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Kamboca Krallığının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Kamboca Krallığının Baş naziri Hun Seni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
AzərTac.az