AMEA-nın institutlarının adı dəyişdirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu – İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu – Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu – Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi – Dendrologiya İnstitutu adlandırılıb.
AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Apa.az