Milli Məclisin növbəti plenar iclası keçirilir

Posted by

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir

Aprelin 18-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, iclası açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəliyi təqdim etmişdir. Sonra deputatlar cari məsələləri müzakirə etmişlər.

İclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinləniləcəkdir.

Sonra “Yol hərəkəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə ediləcəkdir.

Deputatlar ikinci oxunuşda “Dəniz limanları haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihələrinə də baxacaqlar.

 

AzərTac.az