Azərbaycanda magistratura və doktoranturaya imtahan vermək istəyən şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək

Posted by

Magistratura və doktoranturaya imtahan vermək istəyən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur. Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsində bir sıra məsələlərlə yanaşı magistratura və doktoranturaya imtahan vermək istəyən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur: “Söhbət möhlət hüququnun verilməsindən gedir, hərbi xidmətdən azad edilməkdən yox. Bəzən ictimaiyyətdə belə bir fikir yaranır ki, magistrlər ümumiyyətlə hərbi xidmətə getməyəcəklər və s. Burada söhbət yalnız təhsil başa çatanadək möhlət hüququndan gedir. Bilirsiniz ki, Boloniya prosesi ilə bağlı Azərbaycanda təhsil 3 pilləlidir: bakalavriatura, magistratura, doktorantura. Biz tərəfdarıyıq ki, bu möhlət hüququ verilsin. Məsələn, şəxs bakalavr pilləsində təhsilini başa vuracaqsa və magistraturaya qəbul olunacaqsa, eyni zamanda magistraturanı bitirib doktoranturaya qəbul olunacaqsa, həmin şəxslər hərbi xidmətdən möhlət hüququ ala biləcəklər”.

Komitə sədri qeyd edib ki, bu məsələ artıq qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinin bu ilin yaz sessiyası dövründə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Trend.az