Vüsal Quliyev Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri təyin edilib
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub.
Trend-in məlumatına görə, V. Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.
Xatırladaq ki, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.
Trend.az