XİN: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıya rəsmi səfər edəcəyini təsdiqləyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə bildirib ki, hələki səfərin tarixi haqqında dəqiq məlumat yoxdur. Tarix dəqiqləşdirildikdən sonra ictimaiyyətə bu barədə açıqlama veriləcək.
Xatırladaq ki, bəzi xarici media Aviqdor Liberman Bakıya rəsmi səfər edəcəyi barədə məlumat yaymışdı.
Trend.az