Azərbaycanda 1000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib

Posted by

Azərbaycanda 1000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib

Azərbaycanda 1000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib

Azərbaycanda 1000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib

Son dövrlər Azərbaycanda 1000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, insan hüquqları və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutu tətbiq edilir. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə yeni praktikanın tətbiqinə başlanılaraq tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin təcrübəli məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri, millət vəkilləri və hüquq müdafiəçilərindən ibarət xüsusi Komissiya formalaşdırılıb.

Komissiya tərəfindən bütün cəzaçəkmə müəssisələrinə baş çəkilərək, məhkumların işləri öyrənilməklə onlarla görüşülür, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü ətraflı nəzərdən keçirilir, məhkumlara hüquqi yardım göstərilir, zəruri izahlar verilir, tərbiyəvi tədbirlər və təbliğat işi aparılır.

Son dövr ərzində Komissiyanın şəffaf və obyektiv fəaliyyəti nəticəsində həqiqi islah yoluna qədəm qoymuş və əhalinin bütün təbəqələrini əhatə edən 1000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib.

Nazirlik hesab edir ki, belə bir müsbət praktikanın tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradır, onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş edir, ən əsası isə belə bir institutun tətbiqi insanlarda haqqa və ədalətə inamı artırır, dövlətimizin hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin, humanizm ideallarının uğurla həyata keçirilməsini, ölkə başçısının siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı aparılan sərt mübarizənin real nəticələrini əyani nümayiş etdirir.

 

Trend.az