Fransa nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyasında olub

Posted by

Fransanın Təhlükəsizlik və Ədliyyə Milli Ali Elmlər İnstitutunun Milli Auditorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında olub. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Nümayəndə heyəti DSX Akademiyasının fəaliyyəti, peşəkar sərhədçilərin hazırlanması üçün yaradılmış imkanları ilə tanış ediliblər.

Azərbaycanın sərhəd təhlükəsizliyi sisteminə dair keçirilmiş təqdimat zamanı dövlət sərhədlərində əməliyyat şəraiti, mövcud təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin işğal altında qalması, zəbt olunmuş ərazilərdə transsərhəd cinayətkar fəaliyyətlər üçün əlverişli şərait yaradılması barəsində məlumat verilib. DSX-nin yaradılması, vəzifə və tapşırıqları, sərhəd mühafizəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üzrə görülmüş işlərdən bəhs edilib.

Tədbir zamanı nümayəndə heyətinin sualları cavablandırılıb.

Apa.az