Araz Әzimov: NATO-nun münaqişələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllinə tərəfdar çıxması siyasi töhfədir
“NATO ən yüksək siyasi səviyyədə öz sammitlərində dəyişmədən Azərbaycanı və regiondakı ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxdığını bildirir. Və bu, özlüyndə siyasi töhvədir”. Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında bildirib.
A.Әzimov deyib ki, NATO bilavasitə danışıqlarda iştirak etmir, amma bu prinsiplərə dəstək verməsi özlüyündə çox önəml bir faktordur: “Biz NATO ilə müzakirələri geniş və konseptual çərçivələrda aparırıq və bütün Avroatlantika təhlükəsizliyinə təsir edə bilmə faktorları, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edirik”.
Trend.az