ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu üzvlərinin sayı 65-ə çatıb
ABŞ Konqresinin üzvü Don Yanq (Don Young) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bununla İşçi Qrupundakı üzvlərin sayı 65-ə çatıb.
Respublikaçılar Partiyasından olan konqresmen Yanq ABŞ Konqresində Alyaska ştatını təmsil edir.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
Apa.az