Türkiyə səfiri: ABŞ Senatı komitəsinin “erməni soyqırımı” ilə bağlı qətnaməsinə ciddi yanaşmaq lazım deyil

Posted by

Türkiyə səfiri: ABŞ Senatı komitəsinin "erməni soyqırımı" ilə bağlı qətnaməsinə ciddi yanaşmaq lazım deyil

 

Türkiyə səfiri: ABŞ Senatı komitəsinin “erməni soyqırımı” ilə bağlı qətnaməsinə ciddi yanaşmaq lazım deyil

Türkiyə səfiri: ABŞ Senatı komitəsinin "erməni soyqırımı" ilə bağlı qətnaməsinə ciddi yanaşmaq lazım deyil

 

“ABŞ Senatı komitəsinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir”. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni qəbul etməsini şərh edərkən deyib.

Səfir bildirib ki, tarixi saxtalaşdırmaq, dəyişdirmək olmaz.

Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib.

Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.

 

Trend.az