Bakıda “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi” mövzusunda konfrans başlayıb

Posted by

Bakıda “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi" mövzusunda konfrans başlayıb

Bakıda “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi” mövzusunda konfrans başlayıb

Bakıda “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi" mövzusunda konfrans başlayıb

Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi, NİSA (NATO Azərbaycan Beynəlxalq Məktəbi) və NATO İctimai diplomatiya bölməsinin birgə təşkilatçılığı ilə “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi” mövzusunda konfrans başlayıb.

 

APA-nın məlumatına görə, konfransda NATO rəsmiləri, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın xarici ölkələrdəki səfirləri və Bakıdakı diplomatik korpusların rəhbərləri, ekspertlər iştirak edirlər.

 

Tədbiri açan Araz Əzimov qonaqları salamlayaraq deyib ki, konfransın əsas məqsədi yalnız 20 illiklə əlaqədar təbriklər söyləmək deyil, eyni zamanda nailiyyətlər, çatışmazlıqlar, gələcək addımlar üçün səmərəli müzakirələr aparmaqdır: “Biz gələcəyə baxışı və perspektivləri müzakirə edirik”.

 

NATO baş katibinin müavini Sorin Dukaru xatırladıb ki, Azərbaycan bu proqrama imza atan ilk ölkələrdən olub. Onun sözlərinə görə, Azərbaycan NATO-nun təkcə uzunmüddətli və ən fəal tərəfdaşlarından biri deyil: “Eyni zamanda bizim münasibətlərimiz, siyasi dialoq inkişaf edib və çox məhsuldar əməkdaşlığımız mövcuddur”.

 

NATO rəsmisi Azərbaycanın İSAF əməliyyatlarında iştirakı və verdiyi töhfələri xüsusi qeyd edib. O bəyan edib ki, Əfqanıstandan bu il çıxarılacaq qüvvələrin tranziti çox vacibdir: “2014-cü ildən sonra Əfqanıstanda NATO-nun mövcudluğu fərqli bir vəziyyətdə həyata keçiriləcək. Bizim üçün praktiki əməkdaşlığın da çox böyük əhəmiyyəti var. Eyni zamanda bizim bir çox müştərək dəyərlərimiz var. Bunlar beynəlxalq hüquqa hörmət, demokratiya, azadlıqlar və digər məsələlərdir. Ümid edirik ki Azərbaycanla tərəfdaşlıq daha da inkişaf edəcək”.

 

Apa.az