Azad Rəhimov: “Biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”

Posted by

Azad Rəhimov: “Biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”

 

Azad Rəhimov: “Biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”

Azad Rəhimov: “Biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”

 

Beynəlxalq idman ictimaiyyəti Bakı 2015 Avropa Oyunlarının keçirilməsinə doğru atılan tarixi addımları yüksək qiymətləndirib

 

Türkiyənin Antalya vilayətinin Belek şəhərində SportAccord Konvensiyasının növbəti iclası keçirilib. Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanın gənclər və idman naziri cənab Azad Rəhimov da iştirak edib. Azad Rəhimov Bakı 2015 Avropa Oyunları barədə danışıb. Nazir, tədbiri özünün davamlı iqtisadi, sosial və siyasi inkişafı hesab edən Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük çoxsaylı idman yarışları tədbiri olacağını deyib.

 

Həmçinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru olan nazir

A. Rəhimov nümayəndə heyətlərinə məlumat verib ki, birinci dəfə keçiriləcək Avropa Oyunları Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcək.

 

Nazir ev sahibliyi ediləcək oyunlara hazırlıq barədə ətraflı məlumat verib və bildirib ki, bu oyunların əsas diqqəti idmançılara yönəlib, sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilib: “Avropa Olimpiya Komitələrində qitə Oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu Oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar ediblər. AOK-un etibarı və bizim ambisiyamız digər Avropa şəhərlərində də keçiriləcək gələcək Oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”.

 

Nazir Rəhimov həmçinin, Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin Azərbaycanda idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edib: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq baxımından bizim üçün əhəmiyyətli məsələdir. Bakı 2015 oyunları yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaq”.

 

 

Qeyd olunub ki, açılış və bağlantı mərasimlərində və idman tədbirlərində 65000 tamaşaçı və idman azarkeşi üçün nəzərdə tutulmuş əsas stadionun tikintisi başa çatmaq üzrədir. İnşası yenicə başa çatdırılmış Milli Gimnastika Arenası növbəti il keçiriləcək Oyunlar üzrə sınaq tədbiri kimi bu ilin may ayında Avropa Ritmik Gimnastika Çempionatına ev sahibliyi edəcək. Bakı Akvatika Mərkəzində üzgüçülük, sinxron üzgüçülük və dayvinq yarışları keçiriləcək.

 

Nümayəndə heyətləri həmçinin təşkilatçıların yerli icmalarda yeni və səmərəli iş proseslərini inkişaf etdirmək və daha çox bacarıqlar, iş yerləri, kommersiya bilgisi və irimiqyaslı tədbirlər sahəsində təcrübə qazanmaq məqsədi güddükləri haqda məlumatları dinləyiblər.

 

Bildirilib ki, investisiya layihələri iki yeni yüksək texnoloji dəmiryolu xəttini – Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan uçuş qrafiklərini artırmağı nəzərdə tutur.

 

Apa.az