Azərbaycana keçən Ermənistan vətəndaşının bu gün ölkəsinə təhvil veriləcəyi gözlənilir

Posted by

Qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşının bu gün ölkəsinə təhvil verilməsi gözlənilir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, hazırda komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Qazax rayonundadırlar və qarşı tərəflə danışıqlar aparılır. Danışıqlardan sonra Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviçin ölkəsinə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.

Apa.az