Azərbaycan prezidenti İranın ali dini lideri ilə görüşüb

Posted by

Azərbaycan prezidenti İranın ali dini lideri ilə görüşüb

Azərbaycan prezidenti İranın ali dini lideri ilə görüşüb

Azərbaycan prezidenti İranın ali dini lideri ilə görüşüb

Aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

 

APA-nın məlumatına görə, Seyid Əli Xamenei Azərbaycan prezidentinin səfərinin iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

 

Seyid Əli Xamenei əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. İranın Ali Rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib. Seyid Əli Xamenei Azərbaycan prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

 

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkə arasında tarixi, mədəni, dini köklərin əlaqələr üçün möhkəm zəmin yaratdığını bildirib. İlham Əliyev Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb.

 

Azərbaycan prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib. Prezident İlham Əliyev münasibətlərin inkişafı üçün ölkələrin siyasi iradəyə malik olduğunu vurğulayaraq əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyib.

 

Apa.az