Ünvanlı dövlət sosial yardımı ilə bağlı ƏƏSMN-nin “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb

Posted by

Ünvanlı dövlət sosial yardımı ilə bağlı ƏƏSMN-nin “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb

Ünvanlı dövlət sosial yardımı ilə bağlı ƏƏSMN-nin “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb

Ünvanlı dövlət sosial yardımı ilə bağlı ƏƏSMN-nin “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb

Cari ilin aprelin 1-nə olan məlumata əsasən, respublikamızda 612 min 114 nəfər ailə üzvünü əhatə edən 139 min 573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Onlardan 39 min 143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6 min 613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 min 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6 min 618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 min 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 min 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12 min 583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat təşkil edir.

Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılmışdır.

Nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sahəsində mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması olmuşdur. Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli şəxslərdən təşkil olunması işləri aparılmış, eyni zamanda, yardım alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanmışdır. Bunun nəticəsidir ki, bu ilin birinci rübündə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə Nazirliyin 142 – “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azalmışdır.

 

AzərTac.az