“Astara-Qazıməmməd” qaz kəmərində qaz sızması olub, bir neçə rayonun təbii qaz təchizatında fasilələr olacaq
Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında qismən məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 101-ci kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün saat 11:00-dan 20:00-dək Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarına və Cəlilabad rayonunun bir hissəsinə təbii qazın verilişində qismən fasilələr yaranacaq.
Apa.az