Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülə bilər

Posted by

Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülə bilər

Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülə bilər

Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülə bilər

Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təsisçilər Şurasının üzvü Salih Kapusuz “TRT Haber”-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri Baş nazirin prezidentliyə layiqli namizəd olduğunu göstərdi.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.

 

 

Trend.az