Müdafiə sənayesi naziri Türkiyə səfiri ilə görüşüb
Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib.
Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Nevzat Taşdeler də iştirak edib.
Apa.az