Səfir: ABŞ Türkiyədə “Youtube” sosial şəbəkəsinə girişə qadağa qoyulmasından narazıdır
ABŞ Türkiyədə “Youtube” sosial şəbəkəsinə girişə qadağa qoyulmasından narazıdır və bu qadağanın aradan qaldırılacağına ümid edir. Bunu ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı bu ölkə ilə ABŞ-ın münasibətlərinə mənfi təsir edə biləcək hadisə olub, yəni “Twitter” şəbəkəsində mikrobloqlara və “Youtube” sosial şəbəkəsinə girişə qadağa qoyulub: “Türkiyə demokratik ölkədir, eləcə də ABŞ-ın etibarlı tərəfdaşıdır. Birləşmiş Ştatlar ümid edir ki, Ankara yaxın günlərdə “Youtube” sosial şəbəkəsinə girişə qoyulan qadağanı aradan qaldıracaq”.
Bir müddət əvvəl Türkiyədə “Youtube” sosial şəbəkəsinə girişə qoyulan qadağa məhkəmənin qərarı ilə aradan qaldırımışdı. Lakin aprelin 5-də Türkiyədə “Youtube” sosial şəbəkəsinə girişə yenidən qadağa qoyulub.
Trend.az