Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur

Posted by

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev İstanbul Ticarət Odasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

Şuradan AzərTAc-a bildirmişlər ki, görüşdə türkiyəli deputat Seyid Sertçelik ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etmiş, qondarma “erməni soyqırımı” təbliğatına qarşı birgə fəaliyyətin gücləndirilməsinin önəmini bildirmişdir.

Türkiyənin ictimai qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərinə toxunan A.Quliyev qonaqlara ötən illər ərzində ölkələrimizin milli maraqlarının qorunması istiqamətində Türkiyə hökuməti, bələdiyyələr, deputatlar və QHT-lər ilə birgə həyata keçirilmiş tədbirlər haqqında məlumat vermişdir. O, qondarma “erməni soyqırımı” təbliğatı ilə məşğul olan ermənilərin əslində Azərbaycanın Xocalı şəhərində soyqırımı törətdiklərini bildirmiş və bu soyqırımının dünyada tanınması istiqamətində işlərin getdiyini vurğulamışdır. Şura sədri son illər bu işdə Türkiyə və Azərbaycan ictimai qurumlarının fəaliyyətinin daha sıx əlaqələndirildiyini diqqətə çatdırmışdır.

Görüşdə 2015-ci il qondarma “erməni soyqırımı”nın yubileyi iddialarının ifşa edilməsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün işçi qrupun yaradılması və keçiriləcək tədbirlərdə QHT-lərin yaxından iştirakı haqda razılıq əldə edilmişdir.

AzərTac.az