DSMF-nin nümayəndəsi Litvada keçirilən beynəlxalq seminarda iştirak edib

Posted by

DSMF-nin nümayəndəsi Litvada keçirilən beynəlxalq seminarda iştirak edib

DSMF-nin nümayəndəsi Litvada keçirilən beynəlxalq seminarda iştirak edib

DSMF-nin nümayəndəsi Litvada keçirilən beynəlxalq seminarda iştirak edib

Bu günlərdə Litva Respublikasının Dövlət Qulluğu İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün Litva Respublikasının paytaxtı Vilnus şəhərində “Dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərən qurumlarda dövlət qulluğuna qəbul, təlim sistemi və informasiya texnologiyaları sistemi” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Diplomatik Akademiyasının, Satınalmalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişlər.

DSMF-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlər Sosial Müdafiə Fondunu həmin tədbirdə Aparatın Kadr və kadr hazırlığı şöbəsinin müdir müavini Nigar Vahabzadə təmsil etmişdir.

Tədbirə Azərbaycanla yanaşı, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Estoniya və digər ölkələrin nümayəndələri də qatılmışlar. Seminarda “Litvanın dövlət qulluğu sistemi haqqında ümumi məlumat”, “Litvanın dövlət qulluğuna qəbul üzrə yeni sistemi”, “Dövlət qulluqçularının qəbulu üzrə İT sistemi”, “Qurumlarda kadrların idarə olunması üzrə İT sisteminin üstünlükləri və dövlət qulluqçuları üçün İT sistemi” mövzularında təqdimatlar edilmişdir.

 

Trend.az