Ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı üzrə 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Posted by

Ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı üzrə 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı üzrə 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı üzrə 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla, 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Trend-in məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Vilayət Eyvazov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatını Milli Məclisdə təqdim edərkən deyib.

Nazir müavini bildirib ki, insan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan 41-i qadın, 15-i kişi olub ki, onlardan da 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb.

V.Eyvazov qeyd edib ki, Azərbaycanda son 10 il ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib: “Bu əməllərə görə, 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinin qurbanı olan 529 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”.

Nazir müavini bildirib ki, ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın məktəblərini, litseylərini, kollec və uşaq evlərini əhatə edib.

V.Eyvazov əlavə edib ki, bu gün Azərbaycan insan alverinə qarşı mübarizədə beynəxalq səviyyədə effektiv sistemin yaradılması üçün davamlı səy göstərir.

Hesabat Milli Məcilisdə səsə qoyularaq qəbul edilib.

 

Trend.az