Azərbaycanın baş pediatrı: İcbari dispanserizasiya zamanı uşaqlar ən azı 10-12 ixtisas həkiminin müayinəsindən keçməlidir

Posted by

Azərbaycanda uşaqlar icbari dispanserizasiya zamanı ən azı 10-12 ixtisas həkiminin müayinəsindən keçməlidirlər. Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

İcbari dispanserizasiyanın sadə müayinələrlə nəticələnmədiyini deyən baş pediatrın sözlərinə görə, bu zaman usaq hərtərəfli müayindən keçir. Uşaq ümumi baxışdan əlavə, göz, burun, qulaq, boğaz həkimlərinin, uşaq cərrahının, pediatrın, infeksionistin, helmintoz (qurd xəsrtəlikləri) üzrə mütəxəssisin və s. həkimlərin müayinəsindən keçməlidir. Uşağın qanının ümumi analizi aparılmalı, şübhə olduqda isə uşaq ultrasəs müayinəsindən keçməlidir: “Burada uşaq kompleks tibbi müayindən keçməlidir. Ehtiyac olduqda uşaq əlavə müayinələrdən keçməlidir. Əgər usağın ağciyərində nə isə bir kölgə göründüsə, onu mütləq pulmonoloq müayinə etməlidir. Prosesin gedişatı zamanı hər hansı şübhə aşkarlanarsa, uşaq sona kimi müayinə olunmalı, həm də onun üçün müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Bu, zəncir kimi bir-birinə bağlı olan məsələlərdir”.

N.Quliyev deyib ki, “Uşaqların icbarı dispanserizasiyası haqqında” qanuna əsasən, bu ilin əvvəlindən uşaqların icbari dispanserizasiyası həyata keçirilir. Bu qanun ötən il aprelin 10-da ölkə Prezidentinin sərəncamı ilə qüvvəyə minib.

Qeyd edək ki, “Uşaqların icbarı dispanserizasiyası haqqında” qanuna əsasən, Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər. Qanunun tələblərinin pozulmasına görə 100 manatadək miqdarda cərimə nəzərdə tutulur.

Trend.az