Ermənistanın Kəlbəcəri işğal etməsi nəticəsində Azərbaycana 31 milyard dollardan çox ziyan dəyib

Posted by

Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Kəlbəcər rayonunun 129 kəndinin, 2 qəsəbəsinin və 10 min nəfərdən çox insanın yaşadığı Kəlbəcər şəhərinin işğalı, yeraltı və yerüstü sərvətlərin talan edilməsi nəticəsində Azərbaycana 31 milyard dollardan çox ziyan dəydiyini bildirib.

A.Məmmədov Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı işıq üzrü görmüş “Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz” kitabı haqqında məlumat verib. Kitabda Kəlbəcərin tarixi, təbiəti, rayonda bitən 4 mindən çox bitki növü, “İstisu” və digər mineral su mənbələri, qızıl, mis, dəmir filizi yataqları barədə məlumat verilir. Kəlbəcər sözünün “Çay üstündə qala” mənasını ifadə etdiyi qeyd olunur. Daha sonra “Kəlbəcər: Təbiətin möcüsəsi” filmi nümayiş etdirilib.

Apa.az