Əhməd Davudoğlu: Hər bir ölkə öz vətəndaşlarını xarici təsirlərdən qorumaq hüququna malikdir
Hər bir ölkə öz vətəndaşlarını xarici təsirlərdən qorumaq hüququna malikdir. Bunu Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Sabah” qəzeti xəbər yayıb.
Onun sözlərinə görə, “YouTube” və “Twitter” məhz vətəndaşların xarici təsirlərdən qorunması məqsədi ilə müvəqqəti bağlanıb.
Xatırladaq ki, martın 27-də “YouTube”-da Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər. Bundan sonra isə Türkiyədə “YouTube”-a giriş bağlanıb.
Trend.az