Təhsil Nazirliyi ABU-da təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə münasibət bildirib

Posted by

Təhsil Nazirliyi ABU-da təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə münasibət bildirib

Təhsil Nazirliyi ABU-da təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə münasibət bildirib

Təhsil Nazirliyi ABU-da təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə münasibət bildirib

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə yenidən münasibət bildirib.

 

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ABU-ya qanuni əsaslarla daxil olan tələbələrlə bağlı qərar qəbul edilib, onlar ixtisas qrupları üzrə müvafiq özəl ali təhsil müəssisələrinə köçürülüblər.

 

Nazir müavini qeyd edib ki, minlərlə belə tələbə həmin ali təhsil müəssisələrini bitirib və diplomlarını alıblar: “Sənədləri şübhə doğurmayan, qanuni əsaslarla həmin ali təhsil müəssisəsinə daxil olan, lakin indiyə kimi problemləri olan tələbələr Təhsil Nazirliyinə müraciət edə bilərlər”.

 

Nazir müavini xaricdə təhsil alan tələbələrin sonrakı taleyinə də aydınlıq gətirib. C.Bayramov qeyd edib ki, xaricdə təhsillə bağlı Dövlət Proqramı 2007-ci ildə qəbul edilib: “Bu günə kimi Dövlət Proqramı xətti ilə 3 minə yaxın tələbə xaricdə təhsil almağa göndərilib. Yalnız ötən il 1787 nəfər azərbaycanlı tələbə dünyanın müxtəlif yüksək reytinqli ali təhsil müəssisələrinin tələbəsi olmaq statusunu qazanıb. Onların bir qismi təhsillərini başa vurub və diplomlarını alıb. Ötən ilin yay aylarının statistikasına əsasən, belə tələbələrin sayı təxminən 600-dən bir qədər artıqdır. Onların əksəriyyəti Azərbaycana qayıdaraq müxtəlif dövlət, özəl şirkətlərində işlə təmin olunur. Dövlət Proqramı ilə bağlı qəbul edilmiş sənədlərdə həmin tələbələrin Azərbaycana qayıdarkən dövlət qulluğuna üz tutarlarsa, onlar üçün sadələşdirilmiş işə qəbul mexanizmləri var. Təhsil Nazirliyi olaraq biz özümüz bundan kifayət qədər geniş istifadə edirik. Həmin Dövlət Proqramının bir neçə məzunu bu il ərzində Təhsil Nazirliyində işə qəbul olunub. Mən onların əksəriyyətinin xarici ölkələrdə qalmasını düşünmürəm. Amma ali təhsil aldıqdan sonra tələbələrin orada qalması hallarını da istisna edə bilmərəm. Hesab edirəm ki, onların əksəriyyəti Azərbaycana qayıdır”.

 

Apa.az