Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlərin sayı artırılıb

Posted by

Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliklər Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni elektron xidmətlərin həvalə edilməsi ilə bağlıdır.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər siyahısına Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi daxil edilib.

Vergilər Nazirliyi Azərbaycanda kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsini elektron qaydada həyata keçirəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlər siyahısına isə dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi daxil edilib.

Apa.az