Bakının Suraxanı rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

Posted by

Bakının Suraxanı rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

 

Bakının Suraxanı rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

Bakının Suraxanı rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

 

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Martın 19-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəzin yaradılması;

– müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması;

– müasir istixana kompleksinin yaradılması;

– zeytunçuluq təsərrüfatlarının yaradılması;

– toxuculuq müəssisəsinin yaradılması.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

 

Trend.az