ADMİU-da 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Posted by

ADMİU-da 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

 

ADMİU-da 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

ADMİU-da 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 96-cı il dönümü anılıb.

 

Universitetdən APA-ya verilən məlumata görə, tədbiri açan universitetin rektoru, professor Timuçin Əfəndiyev soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib. Rektor qeyd edib ki, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, bir sözlə Azərbaycanın bir çox bölgəsində vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetiriblər.

 

Daha sonra çıxış edənlər də qeyd edib ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Erməni quldurları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv edib. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsindən azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.

 

Apa.az