Bakıda əlillərə qarşı münasibətin dəyişməsi məqsədilə təlimlərə başlanılıb

Posted by

Bakıda əlillərə qarşı münasibətin dəyişməsi məqsədilə təlimlərə başlanılıb

Bakıda əlillərə qarşı münasibətin dəyişməsi məqsədilə təlimlərə başlanılıb

Bakıda əlillərə qarşı münasibətin dəyişməsi məqsədilə təlimlərə başlanılıb

Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurası tərəfindən maliyyə və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə martın 27-dən başlayaraq “Əlillər və KİV-2” layihəsinin həyata keçirilməsinə başlanıb.

Əlil İdmançılara Dəstək İctimai Birliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Heydər Əliyev adına Beynəlxalq hava limanının əməkdaşlarına sosial baryerin, stiqmanın aradan qaldırılması məqsədi ilə əlilliyi olan insanlara malik olduqları qüsurlara görə müxtəlif qeyri-rəsmi, onlarda kompleks yarada biləcək ara sözlərinin təyin olunmuş terminlərlə əvəz olunması mövzusunda təlimlər keçirilib.

Məqsəd əlilliyi olan şəxsləri ictimaiyyətə düzgün şəkildə təqdim etmək, onlara doğru yanaşmağa yönləndirmək və bu kimi halların aradan qalxmasını təmin etməkdir.

Fiziki məhdudiyyətli şəxslərin hisslərini və qarşılaşdıqları çətinliklərin yaşadılması məqsədilə təlim iştirakçılarının əlil arabasında və gözləri bağlı şəkildə hərəkət etmələri əyani surətdə həyata keçirilib.

Növbəti təlimlər Dəmiryol vağzalı və Beynəlxalq avtomobil vağzalının, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşlarına və jurnalistika fakültələrinin tələbələrinə keçiriləcək.

Təlimin əsas xüsusiyyəti ondadır ki, təlimi müxtəlif sahələrdə fəaliyyət göstərən əlilliyi olan insanlar özləri öyrədirlər.

 

Trend.az