Macarıstan paytaxtında Hun imperiyasının başçısı Atillaya aid olduğu bildirilən sərdabə aşkarlanıb

Posted by

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayı üzərində yeni körpünün bünövrəsi üçün qazıntı işlərinin aparılması zamanı VI əsrə aid sərdabə aşkar olunub.

APA-nın “World News” agentliyinə istinadən verdiyi məlumatına görə, mütəxəssislər həmin sərdabənin Hun imperiyasının başçısı Atillaya aid olduğunu bildirirlər.

Budapeştin Lorand Ötvöş Universitetinin əməkdaşı Albrext Rümşteyn bildirib ki, sərdabəyə baxış zamanı içəridə çoxlu sayda at skeletləri, müxtəlif silahlar və hunlara aid digər əşyalar tapılıb. Sərdabədə həmçinin Atillaya məxsus olduğu ehtimal olunan qılınc da aşkarlanıb.

Mütəxəssislər bildirirlər ki, sərdabənin tədqiqi hunların köklərini, onların tarixi, mədəniyyəti, məişəti və Atillanın həyatının son dövrü ilə bağlı bir çox suallara cavab verməyə imkan yaradacaq.

Qeyd edək ki, Avropada “Tanrının qamçısı” kimi tanınan Atilla V əsrdə Monqolustandan Macarıstana qədər uzanan nəhəng Hun imperiyasının başçısı olub. Müasir macarların hun kökənli olduğu ehtimal edilir.

Apa.az