Azərbaycan və Rusiyanın Stavropol diyarı iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər

Posted by

Rusiyanın Stavropol diyarının qubernatoru səlahiyyətlərinin icraçısı Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aprelin 3-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında dərc olunmuş xəbərdə deyilir.

Biznes forum AZPROMO-nun təşkilatçılığı və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Biznes forumda kənd təsərrüfatı, qida, sənaye, tikinti, təhsil, səhiyyə, turizm və digər sahələri təmsil edən Stavropol şirkətləri iştirak edəcəklər.

Bir müddət əvvəl iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, ötən 10 il ərzində Rusiya iqtisadiyyatına Azərbaycanın investisiyaları təxminən bir milyard dollar təşkil edib. Təkcə ötən il ərzində bu investisiyaların həcmi 200 milyon dollara yaxın təşkil edib. Ölkədə təqribən 570 Rusiya şirkəti fəaliyyət göstərir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2013-cü ildə Azərbaycanla Rusiya arasında xarici ticarət dövriyyəsi 2,58 milyard dollar təşkil edib ki, bu da inişilin göstəricisini 10,47 faiz üstələyir.

Trend.az