Bakıda NATO/ABŞ Ekspert Qrupu nümayəndələrinin işçi görüşü keçirilir

Posted by

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun nümayəndələri ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə işçi görüşü başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə NATO üzvü olan ölkələrin hərbi təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi və tətbiqi, o cümlədən strateji planlaşdırma, humanitar proqramlar, milli və regional təhlükəsizlik, enerji təhlükəsizliyi, mütəxəssislərin təcrübə mübadiləsi, işçi qruplarının əməkdaşlığı və hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə ediləcək.

İşçi qrupunun müzakirələri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının Milli Təhlükəsizlik məsələləri üzrə professoru Tomas Fedızın (ABŞ) və NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin eksperti Mariuş Solisin (Polşa) mühazirələri planlaşdırılır.

İşçi görüşü martın 19-da yekunlaşacaq.

Trend.az