Ramil Usubov Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

Posted by

Ramil Usubov Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

 

Ramil Usubov Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

Ramil Usubov Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

 

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, R. Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkədə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat verib.

 

Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən R. Usubov iki ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılması məqsədilə “Azərbaycan Respublikası hökuməti və Əfqanıstan İslam Respublikası hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb.

 

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Zarar Ahmad Osmani qarşılıqlı səfər və görüşlərin hər iki qardaş və dost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb, qeyd olunan saziş layihəsinin tezliklə imzalanacağına əminliyini bildirib.

 

Apa.az