Azərbaycanda təhsil sahəsində psixoloji mərkəzlərin yaradılması nəzərdə tutulur
Azərbaycan Təhsil Nazirliyində və nazirliyin yerlərdəki qurumlarında psixoloji mərkəzlərin yaradılması nəzərdə tutulur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ Sosial siyasət komitəsində yeni hazırlanacaq “Psixoloji yardım haqqında” qanunda nəzərdə tutulur.
Qanuna əsasən, yaradılması tələb olunan mərkəzlərdə xüsusi ekspertlər cəmləşəcək ki, onlar da tədrisdən kənar bağça, orta və ali ixtisas məktəblərində uşaqlarla, şagird və tələbələrlə iş aparacaqlar.
Müxtəlif ölkələrin praktikasında nümunə götürülərək yeniyetmələr arasında münasibətlərlə bağlı müxtəlif proqramlar həyata keçiriləcək.
Yeni qanunun ilin sonuna kimi müzakirəyə çıxarılması planlaşdırılır.
Apa.az