Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Posted by

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Aydın Bəyişov Daxili İşlər Nazirliyinin tabeliyində olan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinqlərə başlayıblar.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Qobustan və İsmayıllı rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər: “Monitorinqi keçirməkdə məqsədimiz saxlanılan şəxslərin bayram günlərindəki şəraitini yoxlamaqdır. İndiyə kimi bir neçə təqsirləndirilən şəxslə görüşmüşük. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur”.

 

E. Behbudov monitorinqin davam edəcəyini bir neçə digər rayonlarda da monitorinq keçirəcəklərini bildirib.

 

Apa.az