İqtisadiyyat və sənaye nazirinin yeni müavinləri təyin edilib

Posted by

İqtisadiyyat və sənaye nazirinin yeni müavinləri təyin edilib

İqtisadiyyat və sənaye nazirinin yeni müavinləri təyin edilib

İqtisadiyyat və sənaye nazirinin yeni müavinləri təyin edilib

İqtisadiyyat və Sənaye Nazirliyinə yeni nazir müavinləri təyin edilib.

 

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənova Sevinc Telman qızı, Səfərov Niyazi Abdulla oğlu, Babayev Sahil Rafiq oğlu, Məmmədov Sahib Əli oğlu iqtisadiyyat və sənaye nazirinin müavinləri təyin ediliblər.

 

Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

 

1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

 

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub.

 

Ailəlidir, 2 övladı var.

 

Niyazi Səfərov 1959-cu ildə anadan olub.

 

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

 

Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunda başlayıb. 1990-1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində işləyib.

 

1992-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini vəzifəsində işləyib.

 

Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini, 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Ailəlidir, 3 övladı var.

 

Sahil Babayev 1980-ci ildə anadan olub.

 

2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

 

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

 

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

 

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Ailəlidir.

 

Sahib Məmmədov 1978-ci ildə anadan olub.

 

2000-ci ildə Kiyev Dövlət Universitetində “Beynəlxalq hüquq” fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

 

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallıgında Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi kimi başlayıb.

 

2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.

 

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Ailəlidir, 2 övladı var.

 

Trend.az