Azərbaycan prezidenti müharibə əlillərinin təqaüdünü artırıb
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan prezidentinin 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev imzaladığı fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib.
Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.
Apa.az