Azərbaycanda peşə liseylərinin şagirdlər üçün keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün martın 16-da keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb. Komissiyadan Trend-ə verilən məlumata görə, şagirdlər imtahan nəticələri ilə TQDK-nın saytında tanış ola bilərlər. İmtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunur. İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb.
İmtahanlarda ümumilikdə 4388 şagirdin (Bakıda 2041, Gəncədə 266, Şəmkirdə 67, Gədəbəydə 124, Qazaxdə 101, Tovuzda 117, Sumqayıtda 414, Abşeronda 117, Şamaxıda 79, Qaxda 80, Bərdədə 77, Göyçayda 94, Kürdəmir 59, Zərdabda 61, Şirvanda 119, Sabirabadda 69, Biləsuvarda 73, Salyanda 77, Saatlıda 77, Lənkəranda 75, Cəlilabadda 61, Qubada 78, Xaçmazda 62) iştirak edəcəyi gözlənilir.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Trend.az