Ukrayna parlamentində Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsi müzakirə olunacaq

Posted by

Ukrayna parlamentində Rusiya ilə diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi qeydə alınıb.

APA-nın məlumatına görə, müvafiq qanun layihəsini Ukrayna Radikallar Partiyasının sədri, deputat Oleq Lyaşko təqdim edib.

Konkret olaraq həmin qanunda Rusiya ilə vizasız rejimin tətbiqi, Ukrayna-Rusiya sazişlərinin ləğvi və NATO-ya qəbul ilə bağlı müraciət yer alıb.

Həmçinin Ukrayna ərazisi ilə nəql olunan Rusiya qazının tranzit tarifinin 500 dollaradək (1000 kubmetr) qaldırılması, Moskvanın yeni tariflə razı olmayacağı təqdirdə qaz nəqlinin dayandırılması təklif olunur.

Apa.az